Xidmət 03 · Prodakşn

Kamera hekayəni uydurmur

Yaxşı kadr bahalı texnikadan yox, hazırlıqdan doğur. Bu yazıda prodakşnın üç mərhələsi, bir çəkiliş gününün necə keçdiyi və nəyə görə montaj çəkilişdən əvvəl planlaşdırılmalı olduğu haqqındadır.

Oxuma müddəti · 6 dəqiqə Mövzu · Prodakşn Müəllif · MezMoon

Müştərilər çox vaxt prodakşnı “çəkiliş günü” ilə eyniləşdirir. Halbuki bir günlük çəkilişin arxasında adətən üç gün hazırlıq və dörd gün montaj dayanır. Nəticənin keyfiyyəti kameranın modelindən çox, həmin hazırlığın nə qədər ciddi aparıldığından asılıdır.

Prodakşn nədir

Prodakşn üç mərhələnin ümumi adıdır: hazırlıq (konsept, ssenari, raskadrovka, lokasiya, rekvizit, komanda), çəkiliş (kadr, işıq, səs) və post (montaj, rəng, qrafika, musiqi). Bu mərhələlərdən birini kəsmək digərinin qiymətini artırır — planlaşdırılmamış çəkiliş montajda düzəldilməyə çalışılır və nəticə həmişə zəif olur.

Hansı formatları çəkirik

Bir çəkilişdən neçə material çıxır

Düzgün planlanmış bir günlük çəkilişdən adətən bir ana çarx, 8–12 qısa video və 30-a yaxın foto alınır. Bu, bir aylıq kontent deməkdir.

Bir çəkiliş günü necə keçir

Səhər lokasiya hazırlanır və işıq qurulur — bu, çox vaxt günün ən uzun hissəsidir. Sonra kadr siyahısı üzrə çəkiliş başlayır: hər kadr üçün planımız artıq raskadrovkada var, ona görə meydanda “nə çəkək?” müzakirəsi olmur.

Ən vacib qayda: montaj çəkilişdən əvvəl düşünülür. Hansı kadrın hansından sonra gələcəyini bilməsək, meydanda keçid kadrlarını çəkməyi unuduruq və video sonradan yapışqansız qalır.

İşıq, kadr və səs

İşıq

Kadrın 70%-i işıqdır. Ucuz kameranın yaxşı işıqla çəkdiyi görüntü, bahalı kameranın pis işıqla çəkdiyindən həmişə üstündür. Məkan çəkilişlərində ilk işimiz artıq mövcud işığı idarə etmək olur.

Kadr

Hər kadrın bir vəzifəsi olmalıdır: göstərmək, izah etmək və ya hiss yaratmaq. Vəzifəsiz “gözəl” kadr montajda ilk kəsilən yerdir.

Səs

İzləyici zəif görüntüyə dözür, zəif səsə yox. Danışıq varsa, mikrofon məcburidir — kameranın öz mikrofonu heç vaxt kifayət etmir.

Pis işıq düzəlir, pis səs düzəlmir.

Bizim proses

  1. Brif və konseptVideonun hədəfini, auditoriyanı və mesajını müəyyən edirik. Nəticə: ssenari və referens toplusu.
  2. HazırlıqRaskadrovka, lokasiya, rekvizit, kastinq, cədvəl. Çəkiliş günü hər kadr artıq kağız üzərində mövcuddur.
  3. ÇəkilişKadr siyahısı üzrə iş. Gün sonunda materiallar yoxlanılır — meydandan boş kadrla çıxmırıq.
  4. PostMontaj, rəng korreksiyası, qrafika, səs və musiqi. Formatlara uyğun versiyalar: 9:16, 1:1, 16:9.

Ən çox edilən səhvlər

Növbəti çəkilişi birlikdə planlayaq

Ailəmizə qoşul

Digər xidmətlər

02 — 07
BrandingMövqelənmə, vizual kimlik, səs tonu və brend kitabı Sosial mediaKontent planı, dizayn, kopiraytinq, gündəlik icra MotionAnimasiya, 3D vizual, motion poster
↑