Brif
Sherlock Sushi Bakıda yeni açılan suşi restoranıdır. Məkanın interyeri güclü idi — yapon murali, isti taxta və qırmızı akssentlər — amma bu atmosfer nə menyuda, nə də sosial media səhifəsində görünmürdü. Səhifə telefonla çəkilmiş kadrlardan ibarət idi, brendin adındakı “Sherlock” isə heç yerdə mənasını tapmırdı.
Bizə gələn sual sadə idi: “Niyə məkanı görən bəyənir, amma səhifəni görən gəlmir?”
İdeya
Adı işlətməyə qərar verdik. Detektiv konsepti bütün brend boyunca aparıcı xətt oldu — amma karikatura səviyyəsində deyil, incə eyhamlarla: set adları “iş” (case) kimi adlandırıldı, menyuda “dəlil”, “şahid”, “istintaq” kimi başlıqlar göründü, vizual dildə isə lupa, kölgə və tünd fon elementləri istifadə edildi.
Fotoqrafiyada əsas qərar işıq oldu: suşinin adətən çəkildiyi düz, soyuq ağ işıqdan imtina etdik. Əvəzində məkanın öz isti işığı ilə, kölgəli və kontrast kadrlar çəkdik — həm detektiv konseptinə uyğun, həm də lentdə dərhal seçilən.
İcra
Bir çəkiliş günündə menyunun bütün əsas mövqeləri, interyer kadrları və qısa video materiallar çəkildi. Bu, bir aylıq kontentin böyük hissəsini bir günə bağlamağa imkan verdi — restoran üçün həm ucuz, həm də əlverişli oldu.
- Konsept və vizual dilDetektiv xətti, rəng palitrası, tipoqrafiya və foto üslubu müəyyən edildi. Bütün gələcək materiallar bu qaydalara uyğun hazırlanır.
- Menyu və çəkiliş48 kadr: set fotoları, tək-tək mövqelər, interyer və atmosfer. Hər yeməyin həm kataloq, həm də “iştah” versiyası çəkildi.
- Kontent sistemi30 günlük təqvim beş sütun üzərində: tanıtım, dəyər, sübut, insan, kampaniya. Restoran hər gün nə paylaşacağını əvvəlcədən bilir.
- Reklamİki çarx hazırlandı — biri açılış, biri isə daimi kampaniya üçün. Hər ikisi şaquli və kvadrat formatlarda təhvil verildi.
Səhifəyə baxan adam artıq içəri girməmiş nə gözləyəcəyini bilir. Bu, ən böyük dəyişiklik oldu.
Sherlock Sushi komandasıVideo kontent
Bir çəkiliş günündən çıxan şaquli formatlar: mətbəxin arxası, məhsulun təqdimatı və məkanın atmosferi. Hər üçü Instagram Reels və TikTok üçün eyni vizual dildə montaj edilib.
Nəticə
İlk iki ayda səhifənin əhatəsi ciddi şəkildə artdı, rezervlərin bir hissəsi birbaşa direkt mesajlardan gəlməyə başladı. Ən əhəmiyyətlisi isə budur: restoranın komandası artıq öz kadrlarını da eyni üslubda çəkir, çünki qaydalar aydındır — brend sistemi bizsiz də işləyir.
Əməkdaşlıq davam edir: aylıq kontent, mövsümi kampaniyalar və yeni menyu mövqelərinin çəkilişi eyni sistem üzərində aparılır.